AZ

III MDB Oyunları zamanı qidalanmanın təşkilinə nəzarət məsələləri müzakirə olunub

Bakı, 27 avqust, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmizdə keçiriləcək III MDB Oyunları zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar ictimai iaşə sahəsində fəaliyyət göstərən hotel və restoran təmsilçiləri ilə görüş keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Turizm Agentliyi və təşkilat komitəsinin iştirakı ilə Gəncə şəhərində keçirilən görüşdə nəzarət tədbirləri zamanı ictimai iaşə müəssisələrində aşkarlanan əsas uyğunsuzluqlar və yaranma səbəbləri, həmçinin uyğunsuzluqların aradan qaldırılması sahəsində görülməli işlər və mövcud tələblər barədə məlumat verilib.

Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
13
4
azertag.az

5Mənbələr