Qazaxıstanın “KazMunayQaz” milli şirkəti bu ölkənin neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin bərpasına dair Azərbaycan tərəfi ilə danışıqlar aparır.
Qazaxıstan mediası xəbər verir ki, bu barədə ölkənin energetika naziri Erlan Akkenjenov məlumat verib.
Nazir bildirib: “Bilirəm ki, "KazMunayQaz" hazırda bu marşrut üzrə tədarükün mümkün qədər tez bərpası ilə bağlı danışıqlar aparır. Planlara gəlincə, burada hesablamalar aparılmalıdır. Ümumiyyətlə, bu kəmərin ötürücülük qabiliyyəti çox yüksəkdir. Hazırda boru xətti ilə 25 milyon ton neft vurulur, lakin onun gücü iki dəfə artıqdır. Ona görə də planların yerinə yetirilməsi üçün həmişə imkan var, boru kəmərinin gücü kifayət qədərdir”.
© Aərtac