AZ

Bakı ilə Moskva arasında ticarət dövriyyəsi artmaqda davam edir

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan ilə Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 3 milyard 69 milyon 725,12 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,3% çoxdur.

Ölkə.Az rəsmi rəqəmlərə istinadən xəbər verir ki, Azərbaycan məhsullarının Rusiyaya ixracının həcmi 7 ayda 9,9% artaraq 721 milyon 191,73 min ABŞ dolları təşkil edib. İxracın payı 4,74% (2024-cü ilin yanvar-iyul ayları - 4,08%) təşkil edib.

Bununla yanaşı, Rusiya Federasiyasından idxalın həcmi 22,5% artaraq 2 milyard 348 milyon 533,39 min ABŞ dollarına çatıb. İdxalın payı 17,25% ( 2024-cü ilin yanvar-iyul ayları - 17,76%) təşkil edib.

Seçilən
1
1
olke.az

2Mənbələr