AZ

"Minsk qrupunun ləğvi ilə bağlı yekun qərar gözlənilir"Yalçın Rəfiyev

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sentyabrın 1-də Minsk qrupunun ləğvi ilə bağlı yekun qərar gözlənilir.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistanla sülh sazişinin imzalanması üçün iki əsas şərt var idi:

Bunlardan biri ATƏT-in Minsk qrupunun ləğvi, digəri isə Ermənistan konstitusiyasına dəyişikliklər edilməsidir. Bunlardan biri həyata keçdi. Artıq Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycan və Ermənistanın XİN başçıları tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanlanıb. Sentyabrın 1-də isə yekun qərarın verilməsi gözlənilir".

Nazir müavini vurğulayıb ki, digər şərt hələ də yerinə yetirilməmiş qalır:

"Ermənistan konstitusiyasına dəyişiklik edildikdən sonra sülh sazişinin imzalanması üçün zəruri zəmin formalaşmış olacaq. Hazırda konstitusiya dəyişikliyi ilə bağlı rəsmi olaraq heç bir məlumat yoxdur. Ermənistan tərəfindən hər hansı bir təşəbbüs irəli sürülməyib. Ancaq biz gözləntidəyik. Təbii ki, istəyimiz sülh sazişinin tezliklə imzalanmasıdır. Bu dəyişiklik baş verdikdən sonra ən qısa müddətdə baş tuta bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
3
www.bakupost.az

4Mənbələr