Avqustun 22-də Qazax rayon Ağköynək kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Far.Az-ə bildirilib ki, araşdırmalarla yanğının 1990-cı il təvəllüdlü Elnur Məmmədovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Nəticədə bir hektar biçilmiş əkin sahəsi yanıb.
E.Məmmədov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.