AZ

Addım addım müharibəyə! Nüvə sualtı qayıqları və döyüş gəmiləri göndərilir

Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Venesuela ilə ABŞ arasında gərginlik artır, ABŞ onun Karib dənizinə nüvə sualtı qayığı göndərməyi planlaşdırdığını irəli sürür.

Turkustan.az xəbər verir ki, Venesuelanın xarici işlər naziri İvan Gil özünün Telegram hesabında hökumətin rəsmi bəyanatını paylaşaraq bildirib ki, ABŞ yaxın günlərdə Karib bölgəsinə raket kreyseri, sürətli hücum üçün nəzərdə tutulmuş nüvə sualtı qayığı və digər döyüş gəmiləri göndərməyi planlaşdırır.

Venesuelanın BMT-dəki Daimi Nümayəndəliyi də məsələ ilə bağlı açıqlama yayaraq ABŞ-ın bu addımlarını "düşmən hərəkətləri və regional sülhə ciddi təhdid" kimi qiymətləndirib.

Milli mətbuatda yayılan məlumata görə, ABŞ-ın göndərməyi planlaşdırdığı hərbi texnika arasında USS Lake Erie raket kreyseri və USS Newport News adlı nüvə enerjili hücum sualtı qayığı da yer alır.

Digər tərəfdən, Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez ölkənin sərhəd bölgələrində, xüsusilə Kolumbiya ilə sərhəddə hərbi varlığın artırıldığını açıqlayıb. O, "Katatumbo İldırımı" adlı əməliyyat çərçivəsində Karib dənizində narkotik qaçaqmalçılığı ilə mübarizə məqsədilə iri tonnajlı hərbi gəmilərin ərazi sularına göndərildiyini bildirib.

Lopez həmçinin əlavə edib: "Burada müxtəlif məqsədlər üçün istifadə olunacaq pilotsuz uçuş aparatları, vətəndaşlara xidmət məntəqələri, kəşfiyyat və müşahidə postları, dəniz piyadalarının çaylarda patrul fəaliyyəti, Marakaibo gölündə və Venesuela körfəzində dəniz nəzarət missiyaları həyata keçiriləcək. Şimal sularında isə iri tonnajlı hərbi gəmilər yerləşdiriləcək."

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətdə olduğu dövrdə Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizəni gücləndirmək üçün ordu qüvvələrinin artırılması və onların daha effektiv istifadəsi ilə bağlı sərəncam imzalamışdı.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
icma.az

2Mənbələr