AZ

2026-cı ildə Avropa antidopinq siyasətinin nəbzi Azərbaycanda döyünəcək

Bakı.Trend:

2026-cı il martın 18-19-da Azərbaycan Ümumdünya AntidopinqAgentliyinin (WADA) Avropa üzrə Regional Simpoziumuna ev sahibliyiedəcək. Bakıda təşkil olunacaq tədbir WADA-nın illik ənənəvisimpoziumunu əvəzləyəcək və dörd qitədə keçiriləcək regionaltədbirlərin bir hissəsi olacaq.

TrendAzərbaycan Milli AntiDopinq Agentliyinə istinadən xəbər verir ki,Bakı simpoziumu Avropa regionunun antidopinq qurumlarını, hökumətnümayəndələrini, beynəlxalq idman təşkilatlarını, idmançıları vəonların təmsilçilərini bir araya gətirəcək.

Tədbirin əsas məqsədi 2027-ci ildən qüvvəyə minəcək yeniÜmumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartların tətbiqiilə bağlı regional çağırışları müzakirə etməkdir.

Tədbirdə Ümumdünya Antidopinq Məcəlləsi və Standartlara ediləndəyişikliklər barədə yeniliklər, milli antidopinq təşkilatlarınınüzərinə düşən öhdəliklər və maraqlı tərəflərin birgə əməkdaşlığıdiqqət mərkəzində olacaq. Həmçinin real təcrübələr əsasındatəqdimatlar, interaktiv sessiyalar, idmançılar və hökumətnümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. Bununlayanaşı, maarifləndirmə, potensialın gücləndirilməsi vətərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində də müzakirələrnəzərdə tutulur.

Simpozium region ölkələri üçün bilik və təcrübə paylaşımıbaxımından mühüm platforma olacaq. Ümumdünya AntidopinqMəcəlləsinin tətbiqinə dəstək proqramı çərçivəsində keçiriləcəktədbir Avropa regionunda antidopinq fəaliyyətinin gələcəkinkişafına əhəmiyyətli töhfə verəcək.

Tədbirin proqramı və qeydiyyatla bağlı ətraflı məlumat yaxınaylarda ictimaiyyətə açıqlanacaq.

Məqalədə:
Seçilən
6
11
az.trend.az

10Mənbələr