AZ

IV, V qrup üzrə boş qalan plan yerlərinin SİYAHISI

Bu il keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrində müəyyən sayda plan yerləri boş qalıb. Bu, abituriyentlərin topladığı balın kifayət etməməsi, bəzi ixtisaslara marağın az olması və ya seçimlərin digər istiqamətlərə yönəlməsi ilə bağlıdır.

IV ixtisas qrupunda Azərbaycan bölməsi üzrə ən çox boş qalan plan yerləri Gəncə Dövlət Universitetinin (78) payına düşür, rus bölməsi üzrə isə Azərbaycan Dövlət Aqrar Universitetində (92) ən çox boş yer qalıb.

V ixtisas qrupunda Azərbaycan bölməsi üzrə ən çox boş plan yerləri İdman Akademiyasına (32), rus bölməsi üzrə isə həm İdman Akademiyası, həm də Bakı Musiqi Akademiyası üzrə (hər biri 32) qalıb.

AzEdu.az boş qalan plan yerlərini həm Azərbaycan, həm də Rus bölmələri üzrə təqdim edir.

IV qrup üzrə boş qalan plan yerlərinin sayı belədir:

Bakı Dövlət Universiteti - Azərbaycan bölməsi - 18 

Naxçıvan Dövlət Universiteti - 6

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə) -  Azərbaycan bölməsi - 12 ; Rus bölməsi - 92

Gəncə Dövlət Universiteti - 78

Sumqayıt Dövlət Universiteti - Azərbaycan bölməsi - 49 ; Rus bölməsi - 10

Lənkəran Dövlət Universiteti - 39

Bakı Qızlar Universiteti - 6                                                                                                                             

Mingəçevir Dövlət Universiteti - 10

V qrup üzrə boş qalan plan yerləri:

Bakı Musiqi Akademiyası - Azərbaycan bölməsi - 31 ; Rus bölməsi - 31

Milli Konservatoriya - Azərbaycan bölməsi - 13 ; Rus bölməsi - 13

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - Azərbaycan bölməsi - 12; Rus bölməsi - 12

İdman Akademiyası - Azərbaycan bölməsi - 32; Rus bölməsi - 32

Naxçıvan Dövlət Universiteti - 25

Seçilən
13
1
azedu.az

2Mənbələr