AZ

QHT əməkdaşları Qarabağda - FOTOLAR

“Beynəlxalq Əlillər Cəmiyyəti” ictimai birliyinin (BƏCİB) üzvləri - 2-ci qrup Qarabağ müharibəsi əlili H.Xudiyev, 2-ci qrup Qarabağ müharibəsi əlili, Milli Qəhrəman Asif Məhərrəmovun qardaşı S.Məhərrəmov və layihə rəhbəri T.Xudiyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihənin icrası zamanı Şuşa, Laçın, Ağdam, Xankəndi və Gəncə şəhərlərində olmuş, əlil və şəhid ailələri ilə görüşmüşlər.

QHT.az xəbər verir ki, Gəncə şəhərində Tehranda şəhid edilmiş Orxan Əsgərovun atası Rizvan Əsgərova, hər biri polis əməkdaşı olan 2 qardaşı və həyat yoldaşı Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş, Xankəndi şəhərində yaşayan Təranə Şahmuradovaya baş çəkmişlər.

Seçilən
10
4
qht.az

5Mənbələr