Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsindən azad edilən Narek Mkrtçyan ölkənin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Mkrtçyan yeni vəzifəsində səlahiyyət müddəti başa çatan Lilit Makuntsu əvəz edəcək.