AZ

Türkiyə XİN-dən Netanyahunun açıqlamasına - Reaksiya

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı” ilə bağlı açıqlamalarına münasibət bildirib. 

Sitat.info xəbər verir ki, Türkiyə XİN-in yaydığı bəyanatda deyilir:

“Netanyahunun 1915-ci il hadisələrinə dair açıqlaması keçmişdəki kədərli hadisələri siyasi məqsədlər üçün istifadə etmək cəhdidir. Fələstin xalqına qarşı həyata keçirilən soyqırımdakı roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır. Tarixi və hüquqi həqiqətlərə uyğun olmayan bu bəyanatı qınayır və rədd edirik”.

Qeyd edək ki, B.Netanyahu Patrik Bet-Devidə müsahibəsində “erməni soyqırımı”nı tanıdığını bildirib.

Seçilən
25
1
sitat.info

10Mənbələr