AZ

Dövlət qurumları maşınlarını satır: Qiymət 450 manatdan...

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyi, Hesablama Palatası, Nazirlər Kabinetinin İşlər Müdiri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus 29 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

Sitat.info xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, nəqliyyat vasitələrinin hərracda ilkin satış qiymətləri 450 manatdan 19 min 350 manata qədər dəyişir.

Qeyd edək ki, hərracda iştirak etmək üçün əvvəlcədən 10 faiz beh tələb olunur. Hərrac noyabrın 4-də saat 10:00-da keçiriləcək.

Seçilən
2
7
sitat.info

9Mənbələr