Azərbaycan millisinin qapıçısı Yusif İmanovun yeni klubu müəyyənləşib.
Bakues.az xəbər verir ki, 22 yaşlı qolkiper Kosovonun “Malişeva” klubuna keçib.
Tərəflər arasında imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Yusif İmanov son olaraq “Sabah”da çıxış edib.