ABŞ-ın Minnesota ştatında Minneapolis şəhərində katolik məktəbində atışma baş verib.

Leqal.info CNN-ə istinadən xəbər verir ki, atəş açan şəxs saxlanılıb və hazırda heç bir təhlükə yoxdur.

"CBS" kanalına verilən məlumata görə 20 nəfər hadisə nəticəsində xəsarət alıb

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun hadisə yerinə göndərildiyini bildirib.

Tramp vəziyyətin nəzarətə götürüldüyünü bildirib.

Sözügedən məsələ ilə bağlı əlavə detalların açıqlanacağı gözlənilir.

Leqal.info