AZ

"Cəbrayıl" klubundan 19 futbolçunun göndərilməsinin səbəbi bəlli olub

"Cəbrayıl" klubundan 19 futbolçunun göndərilməsinin səbəbi bəlli olub.

Fanat.Az xəbər verir ki, bu barədə komandanın yeni baş məşqçisi Bəxtiyar Soltanov məlumat verib.

O, bu qərarın daha əvvəldən verildiyini bildirib:

"Futbolçuların göndərilməsi ilə bağlı qərarlar mən kluba gəlməmişdən əvvəl verilib. 19 futbolçunu göndərib 3-nü saxlamışdılar. Qalanlarını da biz dəvət etmişik. Düşünürəm ki, normal komanda yaratmışıq. Hədəflərimizə gəlincə, ötən mövsümlə müqayisədə yüksək pillələr uğrunda oynayacağıq. Bacardığımız qədər irəli getməyə çalışacağıq".

Mütəxəssis cari mövsümdə bir neçə klubun çempionluğa oynayacağını düşünür:

"Çempionluq niyə də olmasın? Amma indidən konkret nəsə demək düzgün olmaz. Hər şey gedişatdan asılıdır. Çempionatda yaxşı komandalar var. "Şəfa", "Mingəçevir" MOİK və "Zaqatala"nı qeyd edə bilərəm. 3-4 komandanın çempionluq uğrunda oynamaq potensialının olduğunu düşünürəm".

B.Soltanov transfer məsələlərini yekunlaşdırdıqlarını da söyləyib:

"Transfer çalışmalarına yekun vurmuşuq. Hazırda komandada beş legioner var. Qalanlar yerli və gənc uşaqlardır".

Qeyd edək ki, Azərbaycanın I Liqasına sentyabrın 11-12-də start veriləcək. "Cəbrayıl" ilk turda səfərdə "Zaqatala"nın qonağı olacaq.

Seçilən
1
4
fanat.az

5Mənbələr