AZ

Fransada Makronun istefası tələb edilir

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Fransa prezidenti Emmanuel Makron ya istefaya getməlidir, ya da hökuməti buraxmalıdır”.

525.az xəbər verir ki, bu barədə Fransanın ifrat sağçı Milli Birlik partiyasının rəhbəri Cordan Bardella bildirib.

“Bizim hazırda düşmüş olduğumuz siyasi dalandan yalnız bir çıxış yolu var – seçki məntəqələrinə qayıtmaq və fransız xalqı ilə üz-üzə görüşmək”, - siyasətçi söyləyib.

O, Makrondan tələb edib ki, ya Milli Assambleyanı buraxsın, ya da istefa versin və fransızlara ölkənin inkişaf yolunu müəyyənləşdirməyə imkan verəcək yeni prezident seçkiləri keçirsin.

Qeyd edək ki, sentyabrın 8-də Fransada Baş nazir Fransua Bayru hökumətinə etimad səsverməsi keçiriləcək. Hökumət səslərin çoxunu ala bilməsə, istefa verəcək.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
525.az

1Mənbələr