AZ

“Araz-Naxçıvan” ÇL-ə böyükhesablı qələbə ilə başladı

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə mübarizəyə start verib.

Arena.az xəbər verir ki, təmsilçimiz Şimali İrlandiya çempionu “Sparta Belfast”la qarşılaşıb.

Yay transfer dövründə heyətinin böyük hissəsini yeniləmiş son çempion matça fəal başlayıb. 3-cü dəqiqədə Alleks hesabı açıb. Ardınca Ülvi fərqi artırıb. Daha sonra Bertula və Teyşeyra fərqləniblər. Fasiləyə qədər Karlos dubl edib. İkinci hissənin əvvəlində rəqib fərqi 4-ə endirib. 31-ci dəqiqədə braziliyalı forvard bu dəfə het-trik edərək fərqi yenidən artırıb. 32-ci dəqiqədə Alleks özünün ikinci, komandasının 7-ci qolunu vurub. 34-cü dəqiqədə əvvəlcə sarı vərəqə alaraq diqqət mərkəzinə düşmüş Ülvü Əliyev ardınca rəqibi topu meydanın mərkəzindən başlamağa məcbur edib. Jan Perruzo da debüt oyununda qol vurmağı bacarıb. Onun cərimə zərbəsi qarşısıalınmaz olub.

Komandamız sabah eyni vaxtda və məkanda Şotlandiya çempionu “Saltires”lə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
27 avqust

Araz-Naxçıvan – Sparta Belfast 9:1
Qollar: Alleks Rezende, 2:35; 31:03. Ülvi Əliyev, 3:53; 33:21. Karlos Bertula, 10:30; 18:34; 30:10. Aleks Teyşeyra, 11:10. Jan Perruzo, 37:04 – Con Gibson, 21:55.
Hakimlər: Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna), Vladimir Sebek (Monteneqro).
Linz. NMS İdman Sarayı. Saat 19:00.

Araz-Naxçıvan: 12. Rövşən Hüseynli (q), 9. Alleks Rezende, 10. Jan Perruzo, 15. Aleks Teyşeyra, 21. Filipinyo, 1. Emin Kürdov (k), 3. Qüdrət Qasımzadə, 6. Mirzə Əmirov, 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 20. Ədalət Ələkbərov, 29. Luici Lonqo, 49. Valerio Covanni, 98. Karlos Bertula.
Baş məşqçi: Yevgeni Kukseviç.

Sparta Belfast: 1. Mateus Makrleyn, 2. Con Gibson, 3. Ryon Leyşon, 5. Darius Ruhi, 8. Coş Louri, 22. Horatiu Puica, 6. Elton Tavares, 7. Natan Best, 9. Daniel Lan Hamilton, 11. Ernestas Verenka, 12. Qustavo, 14. Migel Semedo, 67. Rayan Makmenemi.
Baş məşqçi: Joze Pedro.

Seçilən
28
arena.az

1Mənbələr