AZ

Media nümayəndələri NATO nun strateji kommunikasiya sahəsindəki təcrübəsini öyrəniblər YENİLƏNİB

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan media nümayəndələrindən ibarət nümayəndə heyəti NATO-nun mənzil-qərargahına səfər edib."Report"un Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə üst-üstə düşən səfər çərçivəsində nümayəndə heyəti NATO-nun cari gündəliyinə həsr olunmuş brifinqlərdə iştirak edib, həmçinin Alyansın ictimai diplomatiya və strateji kommunikasiya, dezinformasiyaya qarşı mübarizə, sosial media, texnoloji yeniliklər və innovativ üsulların media mühitində tətbiqi kimi sahələrdə təcrübəsi və yanaşmaları ilə tanış olublar.Nümayəndə heyəti, eyni zamanda, Azərbaycan NATO yanında Missiyasını da ziyarət edib.***

14:16Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Azərbaycanın bir qrup media nümayəndəsi ilə görüşüb."Report"un Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş nümayəndəlikdə baş tutub.Bu çərçivədə diplomat media nümayəndələrinə Azərbaycan-NATO tərəfdaşlığı barədə məlumat verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
1
demokrat.az

2Mənbələr