Bu gün Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Demokrat.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan “Ferentsvaroş”unu Bakıda qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Oyunu FİFA referisi Kleman Tyurpen idarə edəcək.
Bu komandalar arasında ilk matçda “Qarabağ” 3:1 hesablı qələbə qazanmışdı.
“Qarabağ” “Ferentsvaroş”u 2 oyunun cəmində də məğlub edəcəyi təqdirdə tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək.
Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.
27 avqust
UEFA Çempionlar Liqası
Pley-off
Saat 20:45, “Qarabağ” - “Ferentsvaroş”
***
Komandaların start heyətləri açıqlanıb:
“Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt
“Ferensvaroş”: 90. Dibuş (k), 5. Keyta, 10. Levi, 19. B. Varqa, 23. Ötvös, 25. Makrekis, 27. Sisse, 28. Raemaekers, 36. Kaniçovsky, 47. O'Dovda, 75. Cosef
Ehtiyat oyunçular: 99. Qrof, 3. Qartenmann, 7. Arzani, 8. Peşiç, 16. Zakariassen, 21. Botka, 22. G. Szalai, 30. Qruber, 33. Kadu, 64. A. Tof, 72. Madaraş, 77. Nagi
***
Matç başladı.
***
Qonaqlar 14-cü dəqiqədə Josepin vurduğu qolla hesabı açır.
***
25-ci dəqiqədə "Qarabağ" hesabı bərabərləşdirir. Leandro Andrade adını tabloya yazdırır - 1:1.
***
45-ci dəqiqədə A.Zubir hesabı 2:1 edir.
***
***
İlk hissə "Qarabağ"ın 2:1 hesablı üstünlüyü ilə başa çatdı.
***
İkinci hissə başladı.
***
“Ferentsvaroş” 55-ci dəqiqədə hesabı bərabərləşdirir - 2:2.
***
“Ferentsvaroş” 83-cü diqəqədə hesabda önə keçir - 3:2.
***
Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatdı. Ümumi hesabda 6:5 hesabı ilə qalib gələn “Qarabağ” 8 il sonra ÇL-in əsas mərhələsinə vəsiqə qazandı!
10Mənbələr
-
demokrat.az"Qarabağ" yenə tarix yazdı: ÇL-in qrupundayıq! —VİDEO (YENİLƏNİB) ( 20764401)
-
offsideplus.az"Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəldi - VİDEO ( 20764107)
-
qafqazinfo.az“Qarabağ” 8 il sonra ÇL in əsas mərhələsində! Yenilənir+Canlı ( 20764104)
-
sia.azÇempionlar Liqası: "Ferentsvaroş" "Qarabağ"la oyunda hesabda önə keçib - YENİLƏNİR-7 ( 20763981)
-
offsideplus.az"Ferentsvaroş" hesabda önə keçdi - YENİLƏNİR ( 20763894)
-
demokrat.az“Qarabağ” - “Ferentsvaroş” matçında 4-cü qol — CANLI(YENİLƏNİB) ( 20763588)
-
ikisahil.az"Qarabağ" - "Ferentsvaroş" oyununda hesab yenidən bərabərləşib -CANLI ( 20763558)
-
sia.azÇempionlar Liqası: "Qarabağ" - "Ferentsvaroş" oyununda hesab yenidən bərabərləşib ( 20763507)
-
offsideplus.az"Ferentsvaroş" penalti qolu ilə hesaba tarazlıq gətirdi - YENİLƏNİR ( 20763444)
-
cebheinfo.az“Qarabağ” “Ferentsvaroş”a qarşı - Yenilənir+Canlı ( 20763435)