AZ

“Qarabağ” 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-6

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade ilə Abdullah Zubir fərqləniblər. Rəqibdə isə Lenni Jozef, Barnabaş Varqa (penalti) və Aleks Tot diqqət mərkəzinə düşüblər.

İlk görüşdə 3:1 hesablı üstünlük əldə edən “Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edib.

22:27

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda beşinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 82-ci dəqiqəsində rəqibin heyətində Aleks Tot diqqət mərkəzinə düşüb.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

22:02

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda dördüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 55-ci dəqiqəsində rəqibin heyətində Barnabaş Varqa diqqət mərkəzinə düşüb. Hücumçu penaltidən fərqlənib.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

21:31

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 45-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir komandamızı önə keçirib.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

21:14

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 25-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Leandro Andrade hesabı bərabərləşdirib.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

21:03

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 12-ci dəqiqəsində rəqibin heyətində Lenni Jozef fərqlənib.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

20:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:45-də start götürüb.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

Komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Seçilən
0
2
yeniazerbaycan.com

10Mənbələr