AZ

ABŞ-də bayraqlar yarıya qədər endirildi

ABŞ Prezidenti Donald Tramp Ağ Ev, bütün ictimai binalar daxil olmaqla ölkədəki bütün bayraqların avqustun 31-dək yarıya qədər endirilməsini əmr edib.

Redaktor.az xəbər verir ki, bu addım avqustun 27-də Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş zorakılıq aktının qurbanlarına hörmət əlaməti olaraq atılıb.

Həmçinin, əmrə əsasən ABŞ-nin xaricdəki səfirlik və konsulluqlarında və digər nümayəndəliklərin binalarında bayraqlar yarıyadək endirilib.

Qeyd edək ki, Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş atışma zamanı hadisəni törədən şəxs də daxil olmaqla 3 nəfər ölüb.

Seçilən
41
11
redaktor.az

10Mənbələr