AZ

Danimarka sahillərində qədim sualtı yaşayış məskəni tapıldı

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Arxeoloqlar Danimarkanın Orxus körfəzində qədim sualtı yaşayış məskəni aşkarlayıblar. Tapıntının yaşı təxminən 8 500 ilə bərabərdir.

Oxu.Az "Mirror"a istinadən xəbər verir ki, alimlər bu yaşayış məntəqəsini "daş dövrünün Atlantidası" adlandırırlar.

Piter Mo Astrupun rəhbərlik etdiyi arxeoloqlar qrupu təxminən 430 kvadrat fut ərazidə qazıntılar aparıb. Mütəxəssislərin fikrincə, son buz dövrü başa çatdıqdan sonra dəniz səviyyəsinin qalxması nəticəsində yaşayış məntəqəsi su altında qalıb.

Astrup bildirib ki, buz təbəqələrinin əriməsi dəniz səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olub. Bəzən suyun səviyyəsi əsr ərzində bir neçə metr artıb. Bu isə daş dövründə sahilboyu yaşayış məntəqələrinin su altında qalmasına və ovçu-yığıcı icmaların daxili ərazilərə köçməsinə gətirib çıxarıb.

Qazıntılar zamanı çoxlu sayda artefakt tapılıb. Tapıntılar arasında heyvan sümükləri, daş alətlər, ox ucları, suiti dişi və emal edilmiş taxta əşyalar aşkarlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
oxu.az

3Mənbələr