AZ

Nəriman Axundzadə: “Tənqidlərə fikir vermirəm”

“Sona qədər bizə dəstək olduqları üçün azarkeşlərə təşəkkür edirəm. Çempionlar Liqasında olmaq çox yaxşı bir hissdir. Bəlkə də hər futbolçunun karyerasında bir dəfə olur. Çox sevincliyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə “Ferensvaroş” oyunu sonrası deyib. O, Ağdam klubunun Çempionlar Liqasındakı hədəflərindən də söz açıb:

“Liqa mərhələsində əsas hədəf yaxşı oyun göstərmək və uğurlu nəticələr qazanmaqdır. Hansı komandayla oynayacağımızın fərqi yoxdur. Hamısı bizim üçün rəqibdir”.

Gənc futbolçu azarkeşlərin özü barədə olan neqativ fikirlərinə isə qısa cavab verib: “Tənqidlərə fikir vermirəm” 

Seçilən
23
idmanxeber.az

1Mənbələr