AZ

Bu ölkədə telefonla satış qadağan olunacaq


İsveçdə telefon vasitəsilə satışların (telemarketinqin) tam qadağan edilməsi gözlənilir. Artıq bu barədə ilkin təklif də reallaşıb. Belə ki, İsveçin İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin fikrincə, bu üsul bütün qaydalara əməl olunsa belə problemlidir, çünki istehlakçılar zəng zamanı məhsul, qiymət və müqavilə şərtləri barədə bütün məlumatı düşünməyə imkan tapmırlar.

Konsumentverket alternativ olaraq “opt-in” sisteminin tətbiqini təklif edir. Bu sistemdə şirkətlər yalnız əvvəlcədən onlarla əlaqə saxlanılmasını arzulayan müştərilərə zəng edə bilərlər.

Mətləb

Seçilən
1
baki-xeber.com

1Mənbələr