Cənubi Koreya Parlamenti 2026-cı ilin mart ayından etibarən tələbələrin sinif otaqlarında mobil telefon və rəqəmsal cihazlardan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu addım gənclər arasında sosial media asılılığı ilə bağlı artan narahatlıqlar fonunda baş verib.
Araşdırmalara görə, orta məktəb və lisey şagirdlərinin 37 faizi sosial medianın gündəlik həyatlarına təsir etdiyini, 22 faizi isə hesablarına daxil ola bilməyəndə narahatlıq keçirdiklərini deyir.
ABŞ-də yerləşən “Pew” araşdırma mərkəzinin məlumatına görə, Cənubi Koreya 99 faiz internetə nüfuzetmə dərəcəsi və 98 faiz smartfon sahibliyi ilə dünyanın ən rəqəmsal cəmiyyətlərindən biridir.