AZ

UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bu gün bəlli olacaq

"Ferentsvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırmaqla UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan "Qarabağ"ın rəqibləri bu gün bəlli olacaq.

Demokrat.az xəbər verir ki, yarışın Liqa mərhələsinin püşkü Monako şəhərində atılacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Tədbirdə "Qarabağ" klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.

Liqa mərhələsində "Qarabağ"ın səkkiz rəqibi olacaq. Ağdam təmsilçisi oyunlardan dördünü evdə, dördünü isə səfərdə keçirəcək.

Seçilən
15
2
demokrat.az

7Mənbələr