AZ

“Fənərbağça” yenə Çempionlar Liqasına həsrət qaldı...


UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub. Günün ilk matçında “Qarabağ” Bakıda Macarıstanın “Ferensvaroş” kollektivini qəbul edib. Ağdam təmsilçisi rəqibinə 2:3 hesabı ilə məğlub olsa da, səfərdəki qələbə hesabına əsas mərhələyə yüksəlib. Türkiyənin “Fənərbağça” klubu Portuqaliyada “Benfika”nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. İstanbuldakı ilk görüş qolsuz heç-heçə ilə başa çatdığı üçün “Fənərbağça” turnirdə mübarizəni dayandırıb.

Bundan başqa, “Brügge” Belçikada Şotlandiyanın “Reyncers” komandasını 6:0, “Kopenhagen” isə Danimarkada İsveçrə “Bazel”ini 2:0 hesabı ilə məğlub edib. İlk oyun günündə Qazaxıstanın “Kayrat”, Norveçin “Budyo/Qlimt” və Kiprin “Pafos” klubları turnirin Liqa mərhələsinə vəsiqə qazanıb.

Mətləb

Seçilən
12
3
baki-xeber.com

10Mənbələr