AZ

Azərbaycanın daha beş yeniyetmə cüdoçusu dünya çempionatında çıxış edəcək

Azərbaycanın daha beş yeniyetmə cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bu gün çıxış edəcək.

Qızlardan Leyla Ələkbərova 1/32 finalda Xongorzul Ariunzoriglə (Monqolustan), Nərmin Ağamirzəzadə (hər ikisi 48 kq) 1/16 finalda Selin İddirlə (Fransa), Aysun Məmmədova (52 kq) isə 1/32 finalda Culiya Bonzano (İtaliya) ilə üz-üzə gələcək.

Oğlanlardan Röyal Qayıbov 1/32 finalda Raffaele Sodano (İtaliya) ilə, Zeyd Ələsgərov (hər ikisi 60 kq) Aleksandros Polixronidis (Yunanıstan) / Kristian Butuçi (Xorvatiya) cütünün qalibi ilə güləşəcək. 

Qeyd edək ki, ötən gün Azərbaycanın altı cüdoçusu mübarizəyə qoşulub. Onlardan Anar Quliyev (50 kq) bürünc medal əldə edib.

Turnirdə fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.

"Report"

Seçilən
6
9
ikisahil.az

10Mənbələr