AZ

Avqustun son həftəsi bu BÜRCLƏRƏ xoşbəxtlik gətirəcək

Avqust ayı yekunlaşarkən bir çox insan həyatında yeni başlanğıclar və müsbət dəyişikliklər gözləyir.

Milli.Az xəbər verir ki, Astrologiyaya görə, ayın son həftəsi bəzi bürclər üçün xüsusi xoşbəxtlik və sevindirici hadisələrlə yadda qalacaq.

Şir - Ayın son günlərində Şirlər həm iş, həm də şəxsi həyatlarında uğur əldə edəcəklər. Uzun müddətdir gözlədikləri fürsətlərin qapısı açılacaq.

Əqrəb - Əqrəblər üçün sevgi və münasibətlərdə gözəl dəyişikliklər gözlənilir. Səmimi söhbətlər və sürprizlər onları sevindirəcək.

Oğlaq - Oğlaqlar maddi və karyera sahəsində irəliləyiş əldə edəcək. Uğurlu razılaşmalar və yeni iş imkanları qarşılarına çıxacaq.

Balıqlar - Balıqların arzuları gerçəkləşməyə başlayacaq. Onlar həm dostluq, həm də şəxsi münasibətlərdə gözlənilməz xoş hadisələrlə qarşılaşacaqlar.

Astroloqların fikrincə, bu bürclər Avqustun son həftəsində özlərini daha motivasiyalı və enerjili hiss edəcək, həyatlarında pozitiv dəyişikliklərin şahidi olacaqlar.

Musa
Milli.Az

Seçilən
10
3
milli.az

4Mənbələr