AZ

Pakistanda daşqınlar səbəbindən 210 min insan təxliyə edilib

Pakistan hökuməti və ordusu ölkənin Pəncab, Hayber-Paxtunxva, Azad Kəşmir, Gilgit-Baltistan və Kəşmir əyalətlərinin daşqından zərər çəkmiş azı 210 min sakinini təxliyə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Dawn" nəşri Pakistan rəsmi qurumlarının birgə bəyanatına istinadən məlumat verib.

Qeyd olunur ki, xilasetmə əməliyyatları zamanı təhlükəli zonada olan 28 min nəfər xilas edilib. İki hərbçi yerli sakinlərə yardım göstərərkən həlak olub.

Təbii fəlakətdən zərər çəkmiş rayonlarda 29 tibb düşərgəsi təşkil edilib. 225 ton ərzaq sakinlər arasında paylanılıb.

Seçilən
6
3
ikisahil.az

4Mənbələr