Zərdabda dəhrə ilə qohumunun mübahisə etdiyi şəxsə xəsarət yetirən şəxs saxlanılıb.
Hadisə rayonun Qoşaoba kəndində baş verib.
Belə ki, dünən 2003-cü il A.Abbasov Zərdab rayonu, Qoşaoba kəndində qohumu H.Rəşidli ilə mübahisə edən 1989-cu il təvəllüdlü M.Talıblıya bel nahiyəsindən ot biçmək üçün istifadə edilən dəhrə aləti ilə bir dəfə vurmaqla ona xəsarət yetirib.
Faktla bağlı Zərdab RPŞ-nin İstintaq qrupu tərəfindən aradırma aparılır və Abbas Abbasov saxlanılıb.
Trend