Polşanın keçmiş səhiyyə naziri Adam Nedzelski döyülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RMF24" radiosu məlumat yayıb.
Sabiq nazirə hücum edilməsinə səbəb COVID-19 epidemiyası zamanı apardığı siyasət olub.
Polşanın qərbindəki Sedlets şəhərində baş vererən hadisə zamanı bir qrup şəxs Nedzelskinin qərarlarını yüksək səslə tənqid ediblər.
Keçmiş nazirin ciddi xəsarət almadığı, hücum edənlərin isə yerli polis tərəfindən nəzarətə götürüldüyü bildirilib.