AZ

Bakıda bəzi məktəblərin fəaliyyətində məhdudiyyət tətbiq edilə bilər - "Formula-1" ilə əlaqədar

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin həyata keçiriləcəyi ərazilərdə müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcək.

Sportinfo,az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Report"un Bakıda "Formula-1" yarışlarının keçiriləcəyi tarixlərdə orta məktəblərin fəaliyyətində məhdudiyyətlərin olub-olmayacağı ilə bağlı sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

"Formula-1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq, yəni yeni tədris ilinin ilk həftəsinə təsadüf edəcək.

Seçilən
19
sportinfo.az

1Mənbələr