AZ

Argentina prezidenti daşqalaq edildi

Argentinada Prezident Xavyer Mileinin avtomobil karvanı qarşıdan gələn yerli və əlavə seçkilər çərçivəsində keçirilən təbliğat kampaniyası zamanı hücuma məruz qalıb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, əraziyə toplaşan etirazçılar karvana daş və butulkalar atıblar. 

Etirazçılar "Çıx get, Milei" şüarları səsləndirib. Nəticədə atılan daşlardan biri prezidentin olduğu avtomobilə dəyib.

Hücum baş verən zaman Prezident Milei və onun bacısı, həmçinin qərargah rəisi olan Karina Milei maşının arxasında dayanaraq insanları salamlayırmış. Hadisədən sonra prezident karvanı sürətlə ərazidən uzaqlaşdırılıb.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

Seçilən
12
1
news365.az

2Mənbələr