AZ

Bakının üç rayonunda qəzalı binalar söküləcək

“Ərazi Tikinti və Planlaşdırma Mərkəzi” tərəfindən  Bakının Səbail, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti bitmiş qəzalı binaların sökülməsi planlaşdırılır..

Layihənin icrası üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidmətləri üzrə tender elan olunub. 

Söküntü işləri çərçivəsində Səbail rayonunda Salman Mumtaz küçəsindəki 30 və 34 nömrəli binalar, Dağlıq küçəsindəki 24 nömrəli bina, Sabunçu rayonunda Y. Qasımov küçəsi 39 saylı bina, G. Vəzirov küçəsi, 2-ci dalan 5 və 6 nömrəli tikililər, həmçinin Suraxanı rayonunda Xanlar Ələkbərov küçəsindəki 43 nömrəli bina məhv ediləcək. 

Onların yerində yeni binaların inşası nəzərdə tutulub. 

N.Təbrizli

Seçilən
15
1
anews.az

2Mənbələr