AZ

Zelenski onu ABŞ-yə səfir təyin etdi

Ukrayna Prezidenti Vladimir Zelenski baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə keçmiş müavini Olha Stefanişinanın ölkənin ABŞ-dakı səfiri təyin olunması barədə fərman imzalayıb.

Milli.Az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkədə axşam çıxışında məlumat verib:

"Mən indicə Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı yeni səfiri Olha Stefanişina ilə danışdım. Rəsmi prosedurlar başa çatıb və bu gün mən onun təyinatı haqqında fərman imzaladım. Biz Vaşinqtonla əldə olunmuş razılaşmaları, xüsusilə müdafiə sahəsindəki əsas vəzifələri tam şəkildə icra edəcəyik. Ukraynanın uzunmüddətli təhlükəsizliyi böyük ölçüdə Amerika ilə münasibətlərdən asılıdır".

Fidan
Milli.Az

Seçilən
13
4
milli.az

5Mənbələr