AZ

Zelenski: Rusiyanın Ukraynaya növbəti zərbələri nəticəsində daha 8 nəfər həlak olub

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya növbəti kütləvi zərbəsi nəticəsində biri uşaq olmaqla, azı 8 nəfərin həlak olduğunu bildirib.

 

“UNİAN“ xəbər verir ki, bu barədə V.Zelenski özünün “Telegram” kanalında yazıb.

 

Prezident qeyd edib ki, dağıntılar altında hələ də insanlar ola bilər. Onlarla xəsarət alan var.

 

"Rusiyanın bu raketləri və hücumu,  pilotsuz təyyarələri bu gün dünyada həftələr və aylardır atəşkəs və real diplomatiyaya çağıran hər kəsə aydın cavabdır. Rusiya danışıqlar masasını deyil, ballistikanı seçir", - V.Zelenski qeyd edib.

 

Prezident vurğulayıb ki, Rusiya dünyanın bir hissəsinin öldürülən uşaqlara göz yummasından istifadə edir.

 

Buna görə də o, baş verənlərə Çindən reaksiya gözlədiyini bildirib: "Axı məhz Çin dəfələrlə “müharibənin genişləndirilməməsi və atəşkəs” barədə çağırışlar edib".

 

Ukrayna Prezidenti Macarıstanın reaksiyasını görmək istədiyini də qeyd edib.

 

"Uşaqların ölümü hər şeydən qat-qat güclü emosiyalar doğurmalıdır. Biz dünyada sülhə çağıran, indi prinsipial mövqe tutmaq yerinə susan hər kəsdən reaksiya gözləyirik", - Ukrayna lideri bildirib.

 

Zelenski əlavə edib ki, Rusiyaya qarşı yeni və sərt sanksiyaların tətbiq edilməsinin vaxtı çatıb, çünki diplomatiya üçün fürsətlər artıq sıradan çıxarılıb.

 

Ukraynanın daxili işlər naziri İqor Klimenko isə jurnalistlərə bildirib ki, şəhərdə silsilə güclü partlayışlar baş verib. Paytaxtın bir sıra ərazilərində dağıntı və yanğınlar qeydə alınıb.

 

Kiyevin Darnitski rayonunda ən azı altı obyektə, o cümlədən 5 və 16 mərtəbəli binalara, həmçinin fərdi evə və uşaq bağçasına ziyan dəyib.

 

Kiyevdə hava hücumu 9 saatdan çox davam edib.


Axtarış-xilasetmə əməliyyatları davam edir. Həlak olanların sayının artacağı istisna edilmir.

Seçilən
19
5
senzor.az

7Mənbələr