BAKI, 28 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi həyata keçirən “Paşa Həyat Sığorta” ASC olub.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, şirkət rüb ərzində 328 milyon 510 min manat ödəniş aparıb.
Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” ASC ( 77 milyon 913 min manat) ikinci, “Atəşgah Həyat sığorta ASC (38 milyon 828 min manat) üçüncü ən çox sığorta ödənişi edən şirkətlər olub. Siyahıda bu şirkətləri “Atəşgah” sığorta ASC (22 milyon 877 min manat), “Qala Sığorta” ASC (15 milyon 43 min manat) izləyib.
Qeyd edək ki, ötən 7 ayda sığorta şirtkələri 529 milyon 327 min manat sığorta ödənişi ediblər.