AZ

Muğam müsabiqəsinin nəticələri saxtalaşdırıldı? – Qaliblər tənqid atəşində

IX "Muğam" Televiziya Müsabiqəsinin finalı digər tədbirlərdə yaşananların təkrarı oldu.

Yenisabah.az xəbər verir ki, iştirakçılardan biri - Kənan Novruzov ona qarşı haqsızlıq edildiyini bildirərək, finalda təqdim olunan diplomu qəbul etməkdən boyun qaçırıb.

O bununla bağlı paylaşımında yazıb: “Bütün xalq görsün ki, muğam sənətində necə böyük haqsızlıqlar var. Susmayaq!” pizza

Bu, "Muğam" Teleiziya Müsabiqəsində baş verən ilk qalmaqal deyil. Keçirildiyi tarixdəb - 2005-cı ildən etibarən hər bir tədbirdə münsiflər heyəti, ayrı-ayrı iştirakçılara himayəçilik, regionçuluq meylləri kulis söhbətləri və iddialara rəvac verib.

İndi də eyni mənbəli qalmaqal baş verib. Kənanın etirazından sonra 2007-ci ildə keçirilən II "Muğam" Televiziya Müsabiqəsinin iştirakçısı Nişanə Baxışova da yarışmada yerlərin pulla satıldığını iddia edib:

“Bu uşaqları mənim günümə saldılar. Muğam Müsabiqəsində 2007-ci ildə mənim yerimi pulla satdılar. Allah böyükdür, nə olsun 2011-ci ildə Beynəlxalqda 3-cü yerin sahibi oldum, yerimi satan insanlara sübut etdim”.

Bundan əlavə, V Beynəlxalq "Muğam" Festivalı çərçivəsində təşkil olunan Muğam Müsabiqəsi də qalmaqalla yadda qalıb. Həmin yarışmada birinci yeri Elsevər Muradov, ikinci yeri Pərviz Qasımov, üçüncü yeri isə Qazaxıstandan olan ansambl tutub.

Pərviz Qasımov çıxışı zamanı zalda gülüş doğurub, Elsevər Muradov isə bir neçə dəfə zil pərdələrdə büdrəyib. Buna baxmayaraq, hər iki ifaçı müvafiq olaraq birinci və ikinci yerləri qazanıblar.

Son olaraq, IX “Muğam” Televiziya Müsabiqəsinin iştirakçısı Aycan Şükürova da nəticələrdən narazılığını ifadə edərək, ona qarşı haqsızlıq edildiyini bildirib. Xanəndə bu məsələnin araşdırılması üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
12
2
yenisabah.az

3Mənbələr