AZ

Prezidentliyə namizədi güllələyən yeniyetmə həbs cəzası aldı

Ajans.az BBC-ə istinadən xəbər verir ki,hadisə iyunun 7-də Boqotada seçki mitinqi zamanı baş verib. Uribe başından güllələnərək ağır yaralanmış, bir neçə əməliyyat keçirilməsinə baxmayaraq avqustun 11-də dünyasını dəyişmişdi. Yeniyetmə adam öldürməyə cəhd və qanunsuz silah saxlamaqda təqsirli bilinib. Yerli mediaya görə, o, həbs edilərkən “bunu ailəm üçün pul müqabilində etmişəm” deyib. Hücumla bağlı daha beş nəfər, o cümlədən Elder Xosé Arteaga Ernandes saxlanılıb. Polis hadisənin arxasında keçmiş solçu FARC üsyançılarının dissident qruplarının dayandığını ehtimal edir. Migel Uribe Turbay sağçı Demokratik Mərkəz partiyasının tanınmış simalarından idi və 2026-cı il prezident seçkilərində iştirak etməyi planlaşdırırdı. Onun atası, keçmiş senator Migel Uribe Londono isə bu həftə oğlunun irsini davam etdirmək üçün öz prezidentlik kampaniyasını elan edib. Uribe ailəsi uzun illərdir Kolumbiya siyasətində önəmli rol oynayır. 1990-cı ildə senatorun anası, jurnalist Diana Turbay narkotik baronlarının yaratdığı Los Extraditables qrupu tərəfindən qaçırılaraq uğursuz xilasetmə əməliyyatı zamanı öldürülmüşdü.

 

Seçilən
2
Ajans.az

1Mənbələr