AZ

Elmi adlar ən çox bu sahələr üzrə verilib - STATİSTİKA

BAKI, 28 avqust. TELEQRAF

Bu ilin birinci yarısında elmi adların verilməsi və verilməsindən imtina edilməsi barədə ümumi statistika açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində ümumilikdə 84 dosent, 28 professor elmi adı verilib.

Dosent elmi adı ən çox filologiya elmləri (18 nəfər), texnika elmləri (14 nəfər), biologiya elmləri və kimya üzrə (hər biri üçün 10 nəfər) verilib.

18 nəfərə dosent elmi adının verilməsindən imtina olunub. Ən çox imtina biologiya elmləri, tibb elmləri və texnika elmləri üzrə olub. Hər sahə üzrə 3 nəfərə bu adın verilməsindən imtina edilib.

Professor elmi adı isə ən çox tibb (4 nəfər), texnika (6 nəfər), iqtisad elmləri (6 nəfər) sahələrinə verilib. Ümumilikdə professor elmi adı alan 28 nəfərdən 4-ü tibb elmləri üzrə olub.

3 nəfərə professor elmi adının verilməsindən imtina edilib. Fizika, biologiya elmləri və təhlükəsizlik və hərbi elmlər sahələrinin hər birində 1 nəfərə bu adın verilməsindən imtina edilib.

Seçilən
5
2
teleqraf.com

3Mənbələr