AZ

Rusiya  İran dronları ilə hücuma keçdi:  Ukraynada ağır itkilər var

Ulusal.az xəbər verir ki,  bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı ölümcül hücum həyata keçirib. İran istehsalı olan “Shahed” tipli dronlar və müxtəlif növ raketlərdən istifadə olunan hücum nəticəsində Kiyevdə azı 10 nəfər ölüb, 48 nəfər yaralanıb.

Ukrayna Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın atdığı 598 “Shahed” pilotsuz uçan aparatı və 31 raketdən, 563 dron və 26 raket Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Bununla belə, 13 obyektə birbaşa zərbə dəyib və bu, ciddi dağıntılara və insan itksinə səbəb olub.

Qeyd edək ki, “Shahed” dronları İranın hərbi sənayesinin məhsulu olaraq tanınır və Rusiya tərəfindən Ukraynaya qarşı geniş şəkildə istifadə edilir. Beynəlxalq ictimaiyyət bu əməkdaşlığı bölgədə sabitliyə təhdid kimi qiymətləndirir.

Seçilən
3
1
moderator.az

2Mənbələr