AZ

Azərbaycandan olan qadına Rusiyada 5 il həbs cəzası verildi – “Ukrayna kəşfiyyatı ilə əməkdaşlıqda” ittiham olunur

Rusiyada Azərbaycan əsilli qadın məhkəmə hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Olaylar.az xəbər verir ki, FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, 1970-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı olan həmin qadın Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda təqsirli bilinib.

Rəsmi açıqlamaya əsasən, qadının fəaliyyəti dövlət təhlükəsizliyinə zidd qiymətləndirilib və o, koloniyaya göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
3
olaylar.az

4Mənbələr