AZ

Mirzoyandan SENSASİON AÇIQLAMA – Azərbaycan və Ermənistan…

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sensasion açıqlama ilə çıxış edib.

Busaat.az xəbər verir ki, o bildirib ki, həm Ermənistan, həm də Azərbaycan artıq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük üçün müraciət təqdim ediblər.

“Biz müraciət etmişik, Azərbaycan da müraciət edib. Yaxınlaşan ŞƏT sammitinə bizi tərəfdaş qismində dəvət ediblər. Biz iştirak edəcəyik. Hesab edirik ki, həm biz, həm də Azərbaycan bu quruma qoşula bilər və qoşulmalıdır”, – deyə Mirzoyan vurğulayıb.

Qeyd edək ki, ŞƏT-in sammiti avqustun 31-dən sentyabrın 1-dək Tyançzin şəhərində keçiriləcək.

Seçilən
31
2
busaat.az

3Mənbələr