AZ

“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri DƏYİŞDİ - FOTO

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində "Bakı Gəmiqayırma Zavodu" MMC-nin idarə heyətinin sədri Elşad Nuriyev vəzifəsindən azad edilib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, E.Nuriyevin yerinə bu vəzifənin icrası Ruslan Talıbova həvalə olunub.

Qeyd edək ki, R.Talıbov bu vaxta qədər Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
50
21
milli.az

10Mənbələr