AZ

Şəmkirdə maşın yandı

Şəmkirdə yanğın olub.

News24.az Unikal-a istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində baş verib. Kənd sakininə məxsus "VAZ 21011" markalı minik maşınında anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülüb,avtomobilin qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə edilib. Yanğın zamanı ərazidə olan bir ağac da yanıb.

Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.



Seçilən
46
1
news24.az

10Mənbələr