Üzgüçülük üzrə üçqat Olimpiya çempionu Sara Syoström təcili yardım maşınında uşaq dünyaya gətirib...
Poliqon xəbər verir ki, bu barədə İsveçin Aftonbladet nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, planlaşdırılan doğuşa bir neçə saat qalmış idmançı Stokholm xəstəxanasında olub və oradan evə göndərilib. Daha sonra sancılar başlayıb, həkimlər ona təcili yardımla doğum şöbəsinə getməyi məsləhət görüblər. Doğuşdan sonra verdiyi müsahibədə Syoström xəstəxanaya gedən yolun ona çox uzun göründüyünü bildirib.
"Oğlum təcili yardımın girişində dünyaya gəldi. Bu həm qorxulu, həm də ilginc idi. Uşaq sağlam doğulub", deyə üzgüçü bildirib.
Syoström 14 qat dünya çempionu və üç qat olimpiya çempionudur. 32 yaşlı idmançı 50, 100 və 200 metr məsafələrə kəpənək və sərbəst üzgüçülük üzrə ixtisaslaşıb.
Poliqon.info