AZ

Ukrayna XİN: Rusiya Aİ diplomatlarını hədəf alıb, səfirliyin binası zədələnib

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Kiyevə hücumu nəticəsində Avropa İttifaqının Nümayəndəliyinin binası zədələnib.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.

Nazirin sözlərinə görə, Rusiya gecə saatlarında diplomatları hədəfə alıb ki, bu da Vyana Konvensiyasının birbaşa pozulmasıdır:

“Bu, təkcə Aİ yox, bütün dünya tərəfindən qınanılmalıdır”,

Ukrayna Aİ nümayəndələri ilə həmrəyliyini və lazımi yardım göstərməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Rusiyanın bu gücə Kiyevə hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb, 48 nəfər yaralanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
5
apa.az

6Mənbələr