AZ

Kiyevə hava hücumu zamanı həlak olanların sayı 12 nəfərə çatıb YENİLƏNİB VİDEO

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kiyev, 28 avqust, AZƏRTAC

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb, 40-dan çox insan xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyası məlumat verib.

Qeyd edək ki, avqustun 27-dən 28-nə keçən gecə Rusiya Kiyevə kütləvi hava hücumları həyata keçirib. Əvvəl zərbə dronlarından, sonra isə ballistik və qanadlı raketlərdən istifadə olunub. Şəhərdə silsilə güclü partlayışlar baş verib. Paytaxtın bir sıra ərazilərində dağıntı və yanğınlar qeydə alınıb.

Axtarış-xilasetmə əməliyyatları isə davam edir. Həlak olanların sayının artacağı istisna edilmir.

Kiyevin Darnitski rayonunda ən azı 6 obyektə, o cümlədən 5 və 16 mərtəbəli binalara, həmçinin fərdi evə və uşaq bağçasına ziyan dəyib.

Rusiya Ukraynaya ümumilikdə 598 dron, 31 ballistik və qanadlı raket atıb. Əsas hədəf isə Kiyev şəhəri olub. 9 saatdan çox davam edən hava hücumu zamanı Kiyevdə 20 ərazidə 100 obyektə ziyan dəyib.

08:48

Rusiyanın Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində 4 mülki şəxs həlak olub, 20-dən çox insan yaralanıb. Onların arasında uşaqlar da var.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

Şəhərdə silsilə güclü partlayışlar baş verib. Paytaxtın bir sıra ərazilərində dağıntı və yanğınlar qeydə alınıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir. Həlak olanların sayının artacağı istisna edilmir.

Kiyevin Darnitski rayonunda ən azı altı obyektə, o cümlədən 5 və 16 mərtəbəli binalara, həmçinin fərdi evə və uşaq bağçasına ziyan dəyib.

Kiyevdə hava hücumu 9 saatdan çox davam edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
azertag.az

9Mənbələr