Özünəinam çatışmazlığı çox vaxt uşaqlıq dövründə formalaşır və insanın gələcək həyatına təsir göstərir. Davamlı tənqid və cəza ilə böyüyən uşaqlar özlərini dəyərsiz və yetərsiz hiss edə bilər.
Pravda.az bildirir ki, özünəinam əskikliyinin əlamətləri arasında “hə” deyə bilməmək, sosial mühitdən çəkinmək, özünü başqaları ilə müqayisə etmək, tez ümidini itirmək və daim başqalarının təsdiqinə ehtiyac duymaq kimi hallar göstərilir.
Mütəxəssislərə görə, “kognitiv-davranış terapiyası” bu problemin aradan qaldırılmasında ən təsirli üsullardan biridir. Bu terapiya sayəsində insan özünü və ətrafını daha real və sağlam şəkildə dəyərləndirməyi öyrənir.
Özünəinamı artırmaq üçün 7 tövsiyə:
Özünüzə qarşı mərhəmətli olun, mükəmməl olmağa çalışmayın.
Mənfi düşüncələrinizi pozitiv fikirlərlə əvəz edin.
Güclü tərəflərinizi və nailiyyətlərinizi qeyd edin.
Xarici görünüşünüzə diqqət edin, dik durun.
Xobbilər seçin, maraqlarınızı inkişaf etdirin.
Hədəflər qoyun və kiçik addımlarla irəliləyin.
Özünüzə yaxşı bir dost kimi yanaşın.
Mütəxəssislər vurğulayır ki, özünəinam insanın sahib olduğu ən dəyərli güclərdən biridir və həyat keyfiyyətini birbaşa yüksəldir.